Ceyhun Bayramov: “30 ildir davam edən silahlı münaqişəyə son qoyuldu”

Ceyhun Bayramov: “30 ildir davam edən silahlı münaqişəyə son qoyuldu”
SİYASƏT
16:01 03.12.2020
770

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxış edib.

"İlk növbədə, Nazirlər Şurasının 27-ci iclasının mükəmməl təşkili üçün ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri, Avropa və Xarici İşlər naziri cənab Edi Ramanı təbrik etmək istəyirəm. Eyni zamanda, hörmətli həmkarımız, İsveçin Xarici İşlər naziri xanım Ann Lindeyə ATƏT-in fəaliyyətdə olan sədri qismində fəaliyyətində uğurlar arzulayıram. 

ATƏT-in Nazirlər Şurasının iclasına Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurası və Parlament Assambleyasını qonaq kimi dəvət etdiyinə görə Albaniya sədrliyinə Türk Şurasının fəaliyyətdə olan sədri qismində təşəkkürümüzü bildirmək istəyirəm. Qətiyyətlə inanırıq ki, bu qurumların ATƏT-in işində fəal iştirakı müştərək hədəflərə nail olunmasına töhfə verəcəkdir”, - deyə nazir bildirib.

C.Bayramovun sözlərinə görə, bu il biz iştirakçı dövlətlər üçün ümumi təhlükəsizlik təməlini təşkil edən Helsinki Yekun Aktının 45-ci ildönümünü və Yeni Avropa üçün Paris Xartiyasının 30-cu ildönümünü qeyd edilir:

"Helsinki Yekun Aktında təsbit edilmiş və Paris Xartiyasında bir daha təsdiqlənmiş prinsiplər, xüsusi ilə suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə əlaqəli olan prinsiplər hər zamankı kimi qüvvədə qalır və münasibətlərimizin əsasını təşkil edir.

Regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edən zorakı münaqişələrin əsas səbəblərinin arxasında beynəlxalq hüquqa və ATƏT prinsiplərinə uyğunsuzluq dayanır. Bu təntənəli tədbirdə iştirakçı dövlətlər hər hansı istisna, ikili standartlar, coğrafi və ya digər üstünlükləri olmadan Helsinki Yekun Aktının prinsiplərinə qeyd-şərtsiz hörməti və onların yerinə yetirilməsini təmin etmək üçün öhdəliklərini bir daha təsdiqləməlidirlər.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasında təxminən 30 ildir davam edən silahlı münaqişəyə son qoymaq üçün zəmin yaratdı.

Nazirlər Şurasının diqqətinə məmnunluqla çatdırıram ki, bu Sazişin həyata keçirilməsi bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını təmin etdi.

10 noyabr bəyanatı, məcburi köçkünlərin və qaçqınların BMT QAK-ın nəzarəti altında evlərinə qayıtması ilə bağlı vacib müddəanı özündə ehtiva edir.

Eyni zamanda, razılaşma bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrində olan maneələrin aradan qaldırılmasını nəzərdə tutur, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə daxil olmaqla, Ermənistan və Azərbaycan arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin edir.

Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaq.

Bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkür etmək istəyirəm. Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılaşmanın zamini kimi mühüm rol oynayırlar”.

"Sülh, bərpa və yenidənqurma fəaliyyətinin davam etdirilməsi, qayıdan məcburi köçkünlər və qaçqınlar daxil olmaqla, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi mütləq şəkildə prioritet vəzifə olmalıdır. Bu məqsədlə, Azərbaycan 1991-ci il Birləşmiş Millətlər Təşkilatının humanitar yardım barədə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan BQXK, BMT QAK və BMT-nin digər qurumları, habelə ayrı-ayrı dövlətlər də daxil olmaqla, aidiyyəti beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazanı təmin edir.

Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir.

Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır. Həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq”, - deyə XİN başçısı qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
15:07 02.07.2025
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub