Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışdı

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışdı
SİYASƏT
21:25 09.02.2023
749
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

AZXEBER.COM xəbər verir ki, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin cari gündəliyi, regionda vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh prosesi barədə ətraflı müzakirə aparıb.

Nazir Laçın yolunda etiraz aksiyasının legitim olduğunu və aksiyanı həyata keçirən şəxslərin tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb. Bölgədə guya "blokada” və "çətin humanitar vəziyyət” barədə heç bir dəlillərin olmadığı barədə faktlar diqqətə çatdırılıb.

Azərbaycanın bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində təkliflərinə baxmayaraq, Ermənistan tərəfindən sülh sazişi üzrə danışıqlara törədilən maneələr, silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, hərbi təxribatları və qeyri-qanuni iqtisadi fəaliyyəti davam etdirməsi kimi öhdəliklərin kobud pozuntusu bir daha xatırlanıb.

C.Bayramov Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol vermək və təxribatçı bəyanatlar səsləndirmək əvəzinə, qısa müddətdə danışıqlar masası arxasında əyləşməsinin vacib olduğunu bildirib.

Tərəflər telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI