Ceyhun Bayramov: “Ermənistanın revanşist əhval-ruhiyyəsi onların yeni reallıqları qəbul etmədiklərini göstərir”

Ceyhun Bayramov: “Ermənistanın revanşist əhval-ruhiyyəsi onların yeni reallıqları qəbul etmədiklərini göstərir”
SİYASƏT
21:05 08.04.2021
418
"Ermənistan tərəfindən revanşist əhval-ruhiyyə görürük, bu da onların yeni reallıqları qəbul etmədiklərini göstərir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır, ölkəmiz beynəlxalq hüququn bütün normalarını nəzərə alaraq, Ermənistanla münasibətlərin normallaşmasına sadiqdir, lakin Ermənistan qeyri-konstruktiv mövqeyə sadiq qalmağa davam edir: "Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini nə Azərbaycana, nə də beynəlxalq təşkilatlara təhvil verib”.
OXŞAR XƏBƏRLƏR