Ceyhun Bayramov Qazaxıstan səfiri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Qazaxıstan səfiri ilə görüşüb - FOTO
SİYASƏT
19:03 04.09.2020
886

Sentyabrın 4-də Xarici İşlər naziri Ceyhun Bayramov Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovu qəbul edib.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, nazir iki ölkə arasında ümumi tarixi, mədəni, dini bağlara əsaslanan və yüksək səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqla bəhs edib. Müstəqilliyin ilk illərindən etibarən təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın ilk Prezidenti-Elbası Nursultan Nazarbayev tərəfindən qoyulan dostluq və əməkdaşlıq münasibətlərinin hazırda hər iki dövlətin başçısı tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, elm, təhsil və digər sahələrdə inkişaf etməkdə olan münasibətlər və mövcud əlaqələrin daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar. 

İkitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri ilə yanaşı, çoxtərəfli platformalarda, o cümlədən Türk Şurası, TRACECA və digər təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə edilib.

C.Bayramov bölgədə təhlükəsizliyə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti, o cümlədən Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı həmsöhbətini məlumatlandırıb. Nazir bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunmasında yeganə yolun məhz BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər təşkilatların məlum qərar və sənədlərinin də tələb etdiyi kimi işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan çıxarılmasının olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

Səfir səmimi qəbula görə təşəkkürünü ifadə edərək Qazaxıstanın Xarici İşlər nazirinin Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik etdiyini və nazirə fəaliyyətində uğurlar arzuladığını qeyd edib. İkitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlərin həyata keçirilməsi üzrə mövcud əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyindən əminlik ifadə edib.

Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə səfir Serjan Abdıkarimov Qazaxıtanın münaqişənin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq və ATƏT-in Minsk Qrupu çərçivəsində həllini dəstəklədiyini vurğulayıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi bıçaqlandı
22:33 12.10.2026
Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi bıçaqlandı
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb
22:25 12.10.2026
İsrailin şimalında baş verən partlayışda yaralananlardan biri ölüb
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
22:20 12.10.2026
İran səfiri Böyük Britaniya XİN-in iddiasını rədd edib
Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
22:09 12.10.2026
Ərdoğan: Məkkə sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
21:56 12.10.2026
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
20:59 12.10.2026
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub