Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib

Ceyhun Bayramov Türk Şurasının Baş katibini qəbul edib
SİYASƏT
18:30 02.11.2020
721

Noyabrın 2-də Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZXEBER,COM-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğulayıb.

Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı bu günədək sərgilənən birmənalı dəstək ilə bağlı təşəkkürünü ifadə edən nazir Baş katibin raket atəşinə məruz qalan Gəncə şəhərinə səfər etməsinin Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri ilə yerində tanış olmaq baxımından xüsusi önəm kəsb etdiyini və mənəvi əhəmiyyətinin yüksək olduğunu qeyd edib.

C.Bayramov Ermənistanın destruktiv əməlləri barədə qarşı tərəfi məlumatlandırıb. Uzun illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun yalnız Azərbaycan üçün deyil, bütün bölgə üçün ciddi təhdid təşkil etdiyi vurğulanıb. Azərbaycanın xoş niyyət nümayiş etdirərək üç dəfə humanitar atəşkəsə razılıq verdiyi və hər üç dəfə də bu humanitar atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulduğu qeyd edilib. Sonuncu Cenevrə danışıqlarında da mülki əhalini hədəf almamaq öhdəliyini götürən Ermənistanın yenidən bu öhdəliyini kobud şəkildə pozduğu və Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutulduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Bakıda Türk Ticarət və Sənaye Palatasının təşkil etdiyi "Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” tədbirinin əhəmiyyətini qeyd edən nazir, Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işlərinin həyata keçiriləcəyi və bununla əlaqədar dövlətimiz tərəfindən bütün səylərin səfərbər ediləcəyini bildirib.

Öz növbəsində, B.Amreyev səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla qeyd edib. O, Türk Şurasının Azərbaycanın yanında olduğunu və ölkənin haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Baş katib Bakıda təşkil edilmiş tədbirin əhəmiyyətini təsdiq edərək, bu kimi tədbirlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvafiq layihələrin həyata keçirilməsi və beləliklə də bu ərazilərdə əhalinin yenidən normal həyatının bərpa edilməsinə dəstək olduğunu qeyd edib.

Tərəflər həmçinin Türk Şurasının qarşıdan gələn zirvə görüşünə hazırlıq, eləcə də təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
00:56 12.10.2026
Sumqayıtda dəm qazından boğulan şəxs şəhid qardaşı imiş
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
00:46 12.10.2026
İnsanların qeyri-adi dərəcədə uzun ömür sürdüyü "mavi zona"
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
00:34 12.10.2026
Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? - Video
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
00:28 12.10.2026
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
00:18 12.10.2026
Sevgidən başlarını itirəcəklər – Üç BÜRCƏ aiddir
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
00:09 12.10.2026
Netanyahu İran, Qəzza və Livandakı vəziyyətlə bağlı təhlükəsizlik müşavirəsi çağırıb
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
00:03 12.10.2026
Bahalı avtomobillər niyə qəfildən yanır? - VİDEO
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
23:56 11.10.2026
Hava soyuyan kimi dəm qazının törətdiyi faciələr artır - VİDEO
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
23:50 11.10.2026
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfinə qarşı raket buraxıb
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
23:44 11.10.2026
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
23:34 11.10.2026
Aİ rusiyalı turistlər üçün viza qaydalarını sərtləşdirir
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
23:28 11.10.2026
Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
“Slaviya” Bakıda
23:14 11.10.2026
“Slaviya” Bakıda
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
23:03 11.10.2026
Oman sahillərində tankerə PUA hücumu olub, 2 hindistanlı dənizçi itkin düşüb
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
22:57 11.10.2026
Zelenski Rusiya ilə enerji atəşkəsinə hazır olduqlarını açıqlayıb
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO
22:46 11.10.2026
Sənədsiz evlərə necə çıxarış almaq olar? - VİDEO