Ceyhun Osmanlı: 'Azərbaycan Könüllülər' İctimai Birliyi böyük layihələrə imza atan ictimai bir məktəbə çevrilib'
Bütün Xəbərlər
14:13 05.12.2012
1764
Bu gün dünyada Beynəlxalq Könüllülər Günü qeyd olunur.AZXEBER.COM xəbər verir ki, millət vəkili Ceyhun Osmanlı Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib:“Hər dəfə 5 dekabrda yadıma həmin gün baş verən digər önəmli hadisələrlə yanaşı, eyni zamanda 2000-ci ilin dekabrı düşür. Məhz o zaman Bakı Dövlət Universitetindən olan dostlarımız Günel Səfərova, Nərgiz Nəcəfzadə, Erkin Heydərli və Milli Aviasiya Akademiyasından Orxan Məmmədli ilə bərabər Azərbaycanda ilk peşəkar könüllülük təşkilatı olan “Azərbaycan Könüllülər” İctimai Birliyini təsis etdik”.Millət vəkili qeyd edib ki, təsis edəndən 3 il sonra da qeydiyyatdan keçirə bildik.“Sonra bu təşkilat yüzlərlə könüllünün ilk ictimai təcrübəsini qazandığı, sonra isə böyük layihələrə imza atdığı bir ictimai məktəbə çevrildi. Sonradan bu təşkilatda sədrlər və nəsillər bir-birini əvəz etdi. Ən son gənclər təşkilatları sərgisində bu təşkilatın stendi ilə tanış olanda nostalji duyğular keçirdim. Könüllülər gününüz mübarək olsun, dostlar”.“Azərbaycan Könüllülər” İctimai Birliyinin hazırkı prezidenti İmaməddin Quliyev ölkəmizdəki könüllülər haqda məlumat verib:“Könüllü fəaliyyətin inkişaf etdirilməsi ilə bağlı olaraq təşkilatımız tərəfindən könüllülüklə bağlı layihələr hazırlanır və təlimlər keçirilir.Bu yaxınlarda “Azərbaycan Könüllülər” İctimai Birliyinin yeni rəsmi web-səhifəsi www.avpu.az istifadəyə verdik. Bu saytın “könüllü ol” bölməsindəki elektron ərizə formasını doldurmaqla gənclər könüllü olmaq üçün müraciət edirlər.İndiyə qədər 100-dən çox gənc müraciət etmişdir. Biz onların müraciətlərinə baxdıqdan sonra könüllülüklə bağlı təlimlərə cəlb edirik.Sonda istərdik ki, gənclərimizin sosial təcrübənin qazanılmasında könüllü fəaliyyətə xüsusi diqqət yetirsinlər və gələcəkdə ölkənin inkişafına öz töhfəsini verməklə yanaşı istedadlı gənclər formalaşsın.Məlumat üçün bildirək ki, Avropa İttifaqının Avropa Komissiyasının 2007-2013-cü illəri əhatə edən “Gənclər fəaliyyətdə” proqramı fəaliyyət göstərir və bu proqramın ikinci “Avropa Könüllülük Xidməti” adlanan maddəsində könüllülərin fəaliyyəti olduqca böyükdür. Bu proqram vasitəsilə həm ölkəmizdən, həm də Avropa ölkələrindən müxtəlif layihələrə könüllülər cəlb olunur”.Qeyd edək ki, Azərbaycan gəncləri könüllü olaraq həm yerli, həm də beynəlxalq tədbirlərdə aktivliyi ilə seçilir.