Ceyhun Osmanlı: 'Gənclər Parlamentinin müsahibələri televiziya vasitəsilə efirə yayımlanacaq'

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
01:50 21.07.2012
1534
Azərbaycanda Gənclər Parlamenti yaradılır. Artıq bu layihə ərizə qəbulu da başa çatıb. Gənclərdən ibarət yaradılacaq parlamentlə bağlı sualları Millət vəkili Ceyhun Osmanlı cavablandırıb:Azərbaycanda Gənclər Parlamentinin yaradılmasında məqsəd nədir?- Bu layihənin reallaşdırılmasında məqsəd Azərbaycanın gələcək idarəetmə elitasına daxil olacaq gənc liderləri seçməkdir. Daha sonra gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir. Azərbaycan Gənclər Parlamentindəki gənclər həm Milli Məclisdə olan qanun layihələrinin ictimai müzakirələrini keçirəcəklər, dövlətdə istənilən məsələ ilə bağlı söz sahibi olacaqlar, eləcə də Avropa Parlamenti ilə onların əlaqələri yaradılacaq. Bu gənclərdən gələcəkdə dövlət idarəetməsində istifadə ediləcək. Bəzən deyirlər ki, gənclər bizim gələcəyimizdir. Amma bu fikirlə razı deyiləm, hesab edirəm ki, gənclər həm də bizim bu günümüzdür. Ona görə də həm bu gün, həm də gələcəkdə söz sahibi olacaq yeni tipli, tam yeni keyfiyyətləri özündə əks etdirən 50 yeni lider seçiləcək. Bu gənclərin ayda bir dəfə iclasları keçiriləcək.Gənclərin seçimi necə olacaq?-Azərbaycan Gənclər Parlamentinin yaradılması layihəsi 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülüb yaradılıb. Buraya Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi də daxil olmaqla, Valeh Ələsgərov – Milli Məclisin sədr müavini, Çingiz Qənizadə – Milli Məclisin deputatı, Musa Qasımlı – Milli Məclisin deputatı), Rasim Musabəyov (Milli Məclisin deputatı) Mübariz Qurbanlı (Milli Məclisin deputatı), Ceyhun Osmanlı (Milli Məclisin deputatı), Qənirə Paşayeva (Milli Məclisin deputatı), Mikayıl Cabbarov (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi), Çingiz Abdullayev (Azərbaycan Yazıçılar Birliyinin katibi), Murad Adıgözəlzadə (Azərbaycan Dövlət Filarmoniyasının direktoru), Vüsalə Mahirqızı (APA-nın baş direktoru) daxildir. Ümumilikdə, bu seçimlərdə 13 nəfər iştirak edəcək. Birinci mərhələdə- gənclər AGP.az Azərbaycan Gənclər Parlamentini rəsmi səhifəsində yerləşdirilən ərizə formasını doldurmalı idilər. Parlamentə üzv olmaq üçün 1187 nəfər müraciət edib, onların 791 nəfəri kişi, 396 nəfəri xanım təşkil edir. İkinci mərhələ -iyul-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya test imtahanları keçirəcək. Bu mərhələdə isə ən yüksək bal toplayan 200 nəfər növbəti mərhələyə keçəcək. Üçüncü mərhələ – açıq müsahibədən ibarət olacaq. Burada bir yeniliyi qeyd edim ki, həmin gənclərlə keçirilcək müsahibələr televiziya vasitəsilə efirə yayımlanacaq. Üçüncü mərhələdə həmçinin müsahibələrdə müəyyən edilmiş indikatorlar üzrə seçim aparılaraq ən yüksək nəticə göstərmiş 50 nəfər seçiləcək. Bunlar da Gənclər Parlamentinin üzvü olacaqlar. Həmin gənclər 18-28 yaşarası gənclər olmalıdırlar. Onların elmi, akademik, dünyagörüşlü, intellekt, natiqlik qabiliyyətləri nəzərə alınacaq. Bir sözlə, 50 nəfər gənc lider seçəcəyik. Seçimlər zamanı gender balansına da maksimum riayət edəcəyik.Azərbaycan Gənclər Parlamenti Milli Məclisə rəqib olacaqmı?- Milli Məclis respublikanın qanunverici orqanıdır. Lakin Gənclər Parlamentinin bu adı bir növ simvolik funksiya daşıyır. Əlbəttə ola bilər ki, bu Gənclər Parlametini üzvlərindən biri günü birində millət vəkil olsun. Sizə maraqlı bir məlumat deyim. Ilk Gənclər Parlanmenti 2005-ci ildə yaradılıb. Mən də həmin Gənclər Parlamentinin üzvlərindən biri idim. Amma bu gün mən Milli Məclisdə təmsil olunuram. Deməli, bir müddət əvvəl başlamış proses, insanların motivasiyası, göstərdikləri fəallıq, ardıcıl fəaliyyət daha sonra bizə geniş müstəvilərdə öz sözümüzü deymə imkan yaradır. Ona görə də Gənclər Parlamenti ilə bağlı ciddi ümidlərimiz var, seçimlərdən sonra o gənclərlə aktiv işlər başlayacaq.Layihənin müddəti nə qədər olacaq?- Bu layihənin ilkin olaraq 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Əslində buna təşəbbüs qrupu qərar verir. Bu, hər hansı bir strukturun və ya şəxsin layihəsi deyil. Burada qərarlar birgə verilir. Qrupun rəyindən asılı olaraq bu müddət dəyişə də bilər. Əsas odur ki, mütəmadi olaraq bu gəncləri göstərməkdir. Sizə kiçik sirrlərdən birini də açım. Biz Gənclər Parlamentinin bütün iclaslarını da televiziyada yayımlanmasını planlaşdırırıq. Bu gənclər üzdə olacaqlar və diqqəti daha tez cəlb edəcəklər. Hesab edirəm ki, onların cəmiyyətdə realizasiyası daha sürətlə gedəcək.Niyə məhz 50 nəfər gənc?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır
20:55 24.06.2025
KİV: İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Suriya ilə birbaşa danışıqlar aparır