Ceyhun Osmanlı Sabirabadın 80 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdi
Bütün Xəbərlər
00:47 09.10.2011
2331
Sabirabadda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü və rayonun 80 illik yubileyi təntənə ilə qeyd edilmişdir. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və Qarabağ müharibəsində şəhid olmuş sabirabadlıların məzarları önünə gül dəstələri düzərək onların xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində ulu öndərin mənalı və zəngin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olmuş, “Sabirabad-80” sənədli filminə tamaşa etmişlər. Mərasim şəhərin Heydər Əliyev parkında davam etdirilmişdir. Parka toplaşan yüzlərlə sabirabadlı və qonaqlar rayonun 80 illik tarixini əks etdirən sənədlər, kitablar və eksponatlar, xalq tətbiqi sənəti nümunələri, uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olmuş, yerli idmançılarını nümunəvi çıxışlarını izləmişlər. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov sabirabadlıları Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü və rayonun 20 illik yubileyi münasibətilə təbrik etmişdir. Parkda AzTV-nin və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə respublikanın tanınmış müğənnilərinin və yerli musiqiçilərin iştirakı ilə bayram konserti olmuşdur. Mərasim bayram atəşfəşanlığı ilə başa çatmışdır. Bayram tədbirində Milli Məclisin deputatları Ceyhun Osmanlı, Rüstəm Xəlilov, Əhliman Əmiraslanov, Sabirabad rayonundan olan alimlər, elm və əmək adamları, dövlət qulluqçuları, ziyalılar iştirak etmişlər.