'Cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyası'

Bütün Xəbərlər
11:42 22.02.2012
1458

Təşkilatçılar:

“GƏNC HÜQUQŞÜNAS QADINLAR HÜQUQİ İSLAHATLAR UĞRUNDA” İCTİMAİ BİRLİYİ tərəfindən Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Budapeşt ofisinin) maliyyə dəstəyi çərçivəsində həyata keçirilir.

Məqsəd:

Müsabiqə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin yenidən cəmiyyətdə adaptasiya olunmaları üçün şəraitin yaradılmasına və həmin şəxslərin ayrı-seçkilikdən qorunmasına yardım məqsədilə həyata keçiriləcəkdir. Bu müsabiqənin keçirilməsi cəmiyyətin diqqətini cəza çəkməkdən azad edilmiş şəxslərin problemlərinə və onların ayrı-seçkiliyə məruz qalması məsələlərinə yönəldəcəkdir.

Müsabiqənin müddəti:

Məqalələrin göndərilməsi üçün SON tarix 29 fevral 2012-ci ildir. Bu müddətdən sonra göndərilən məqalələr qəbul olunmayacaqdır.

Kim iştirak edə bilər:

Müsabiqədə çap və elektron KİV-lərdə çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqəyə ancaq bundan əvvəl heç bir müsabiqəyə təqdim olunmamış və heç yerdə dərc olunmamış məqalələr təqdim edilə bilər.

Məzmun şərtləri:

Məqalələr müsabiqənin mövzusuna uyğun olmalıdır.

Məqalələrin təqdim edilmə qaydası:

  1. Məqalələr çap və elektron KİV-də çap olunmalıdır.
  2. Məqalələr elektron formatda CD diskdə və ya link şəklində dərc olunan gün təşkilata təqdim olunmalıdır.
  3. Məqalənin sonunda “Bu araşdırma Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda İctimai Birliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Budapeşt ofisinin) maliyyə dəstəyi çərçivəsində həyata keçirdiyi “Cəzaçəkmə müəssisələrdən azad olunan şəxslərin sosial adaptasiyası sahəsində ictimai vəkillik” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim olunur” yazılmalıdır.

Qiymətləndirmə:

Məqalələrin qiymətləndirilməsi Münsiflər Heyəti tərəfindən həyata keçiriləcəkdir. Münsiflər heyəti bu sahədə çalışan ekspertlərdən təşkil olunmuşdur. Hər bir məqalə kodlaşdırılacaq və Münsiflər Heyətinin üzvlərinə təqdim olunacaqdır.

Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılacaq:

ü Müsabiqənin mövzusuna uyğunluq;

ü Mövzuya yaradıcı yanaşma.

ü Beynəlxalq təcrübəyə istinad;

ü Problemin həllinə həsr olunmuş təkliflər;

ü Ekspert rəylərinin mövcudluğu;

ü Dövlət orqanlarının mövqeyi.

Mükafat:

Müsabiqənin 3 (üç) yer üzrə qalibləri olacaqdır. 1-ci yer üzrə qalib 300 (üç yüz) manat məbləğində pul mükafatı, 2-ci yer üzrə qalib 200 (iki yüz) manat məbləğində pul mükafatı, 3-cü yer üzrə qalib 100 (yüz) manat məbləğində pul mükafatı alacaqdır.

Əlaqə:

Səbinə Protsenko, (+99412) 480 32 95

[email protected]/* */

OXŞAR XƏBƏRLƏR