Cibində narkotiklə həbsxanaya gələn şəxs saxlanıldı

KRİMİNAL
20:02 30.08.2021
321
1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrinə əsasən təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sadiq Telman oğlu Hüseynovla qısamüddətli görüşə gəlmiş qohumu, Şamaxı rayon sakini Rəfael Mahir oğlu Mirzəyevin əşyalarına və üzərinə baxış keçirilib.

Bu zaman cibində gizlətdiyi kağız bükülünün içərisində ümumi çəkisi 0,363 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR