Cin çağırma oyunu dəhşətlə bitdi: 28 şagird huşunu itirərək xəstəxanaya aparıldı

Cin çağırma oyunu dəhşətlə bitdi: 28 şagird huşunu itirərək xəstəxanaya aparıldı
DÜNYA
11:36 09.03.2023
410
Kolumbiyadakı internat məktəbində məktəbli qızlar öz aralarında ruh çağırma oyunu oynayıblar.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 28 qız tələbə yaşadıqları qorxudan huşunu itirərək xəstəxanaya aparılıblar.

Hadisədən sonra müəllim və məktəb rəhbərliyi ailələri ilə birlikdə məktəbdə şagirdlərin vəziyyətini öyrəniblər. Məktəb adından açıqlama verən direktor çoxlu iddiaların olduğunu və bu iddiaların şagirdlərin huşunu itirməsinin dəqiq səbəbini tapmaqda çətinlik yaratdığını bildirib.

Xəstəxanaya aparılan ilk iki şagirdin vəziyyətinin ağır olduğu bildirilib. Huşunu itirən şagirdlərin müalicə olunduğu xəstəxanada işləyən tələbə anası məktəblərdə cin çağırma oyununun populyarlaşdığını, oyun səbəbilə huşunu itirdikləri üçün hər gün ən azı iki şagirdin xəstəxanaya gətirildiyini bildirib.

Valideyn bildirib ki, bu vəziyyətlə bağlı rəsmi qurumlar heç bir tədbir görməyib.
 
Hadisə ilə bağlı istintaq davam edərkən, tələbələrin müalicəsi davam edir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR