Bakıda 25 yaşlı oğlan ona qarşı edilmiş dələduzluq hərəkətinə görə polisə müraciət edib.
Lent.az-ın məlumatına görə, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinə müraciət edən Nərimanov rayon sakini, 1989-cu il təvəllüdlü Səfər Bəylərov “Facebook”da tanış olduğu şəxsin ona qarşı dələduzluq etdiyini bildirib. S.Bəylərov bildirib ki, bir neçə ay əvvəl sosial şəbəkədə 1993-cü il təvəllüdlü Hafiz İsmayılovla tanış olub. Daha sonra onlar dostlaşıblar və vaxtaşırı olaraq Yasamal rayonu Zahid Xəlilov küçəsindəki mənzildə görüşüblər. Bu müddət ərzində H.İsmayılov Səfər Bəylərovdan xeyli miqdarda pul alıb. Polisə şikayət edən gənc pulların geri qaytarılmasını tələb edib.
Əldə olunan məlumata görə, S.Bəylərov cinsi azlıq nümayəndəsidir. O “facebook”da tanış olduğu şəxslə tanış olduqdan sonra Z.Xəlilov küçəsindəki evdə qeyri-təbii yolla cinsi əlaqədə olublar. Sonradan cütlüyün münasibəti pozulduqdan S.Bəylərov polisə müraciət edib.
Araşdırmalar davam etdirilir.