CNN Azərbaycan Xalq Cümhuriyyətini unutmadı (VİDEO)

CNN Azərbaycan Xalq Cümhuriyyətini unutmadı (VİDEO)
Bütün Xəbərlər
14:52 27.05.2011
1688

Süjetdə Respublika gününün tarixçəsi, müstəqil Azərbaycan banilərilərinin məruz qaldığı repressiyalar və nəhayət Azərbaycanın müstəqillik xəyallarının 1991-ci ildə gerçəkləşməsindən danışılır. ANS televiziyasının hazırladığı bu reportaj bu gündən başlayaraq, 4 gün ərzində nümayiş olunacaq.

Azərbaycandan yayımlanacaq reportaj jurnalist Sevinc Osmanqızının müəllifliyi və aparıcılığı ilə təqdim olunacaq: “Azərbaycanın müstəqilik uğrunda mübarizəsi sovet hökuməti qurulduqdan sonra da başa çatmır. Əksər ideologi rəhbərlər öldürülür, amma onlar müstəqilliyə yenidən nail olmağa ümid edirdilər. Bu arzu isə 1991-ci ildə gerçəkləşdi”. Bundan başqa Xalq Cümhuriyətinin banisi olan Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin həmin illərlə bağlı ailəsindən eşitdikləri xatirələr də reportajda öz əksini tapıb.

CNN televiziyasının aparıcısı Gilermo Arduino isə bildirib ki, hazırkı Azərbaycan Respublikasının tarixi Azərbaycan Demokratik Respublikasının varisidir: "Bu respublikanın ömrü iki ildən az olsa da, öz tarixini yaza bilib”.

Qeyd edək ki, ANS televiziyasının hazırladığı bu reportaj 300 milyonluq auditoriyaya yayımlanır. Artıq reportaj bu gün Bakı vaxtilə səhər 10. 30-da və axşam 18. 30-da yayımlanıb. Bundan başqa iyunun 13-ü Bakı vaxtilə 5. 30, 14-ü 13. 30 , ayın 15-si isə 8. 30-da həmin süjeti təkrar olaraq izləmək olar.

CNN kanalı mütəmadi olaraq Azərbaycanla bağlı ANS televiziyasının hazırladığı silsilə videosüjetləri yayımlayacaq.

 

OXŞAR XƏBƏRLƏR