CNN Azərbaycan haqda proqram yayımlayıb

DÜNYA
11:37 04.01.2013
1869

Proqramda Azərbaycanın nəqliyyat infrastrukturu haqda məlumat verilir, ölkənin Şərq və Qərb, Şimal və Cənub arasında tranzit nöqtəsi kimi önəmindən bəhs olunur. 

CNN-in müxbiri Cim Boulden Azərbaycanın qədimdə böyük İpək Yolunun keçdiyi bölgədə yerləşdiyini, keçmişdə olduğu kimi, indiki dövrdə də nəqliyyat kommunikasiyalarını birləşdirən önəmli bir halqa olduğunu bildirib: “Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına böyük əhəmiyyət verilir və məhsullar ölkə ərazisində maneəsiz dolaşır”.   

Qeyd edək ki, CNN-də yayımlanmış reportajla telekanalın saytında tanış olmaq mümkündür.

apa

OXŞAR XƏBƏRLƏR