Coninin konsert tələbləri: "5 ulduzlu otel, PlayStation 5, masaj..."

Coninin konsert tələbləri: "5 ulduzlu otel, PlayStation 5, masaj..."
MAQAZİN
16:10 10.09.2024
434
Rusiyada məşhurlaşan həmyerlimiz müğənni Coni (əsl adı Cahid Hüseynli) təkcə yaradıcılığı ilə deyil, həm də konsert təşkilatçılarının qarşısında qoyduğu tələb siyahısı ilə də gündəmdədir.

AZXEBER.COM Rusiya mətuatına əsasən sənətçini korporativ tədbirə dəvət etməyin neçə manata başa gələcəyinin araşdırmasını təqdim edir.

Coninin tələblərini yerinə yetirmədikdə konsert pulu geri qaytarılmadan ləğv edilə və təşkilatçıları 500 min rubla qədər (az qala 9400 manat - red.) cərimə gözləyə bilər.
 
Müğənninin 14 nəfərdən ibarət komandasının uçuşunu S7 aviaşirkətləri həyata keçirməli, şəhər ətrafında hərəkət isə 2019-cu ildən köhnə olmayan dəbdəbəli Mercedes Sprinter və Mercedes V-class Maybach avtomobillərində olmalıdır.

Coni və onun komandası üçün yerləşmə yalnız dörd və ya beşulduzlu Avropa standartlı oteldə təşkil edilməli, müğənninin özü PlayStation 5, Dyson saç qurutma maşını, beş yeməkli menyu və şəxsi otaq tələb edir. Ayrı bir bənddə 1-2 saat masajçının təmin edilməsini də tələb edən mğənninin komandasının qalan hissəsi isə bir nəfərlik otaqlarda qalmalıdırlar.

Soyunub-geyinmə otağına xüsusi diqqət yetirilir, burada şəxsi limitsiz qəlyan, premium spirt (An Cnoc viski), 10 şüşə enerji içkisi, çobanyastığı çayı və  həmçinin xurma ilə tərəvəz boşqabı olmalıdır.
 
Sənətçinin səhnə çıxışının dəyəri isə 6 milyon rubl (112 min manatdan çox - red.) təşkil edir. Tarixin rezervasiyası yalnız rüsumun 50%-i məbləğində depozit qoyulduqdan sonra mümkündür. Konsert hər hansı səbəbdən ləğv olunarsa, sənətçi qonorarın tam məbləğini alır.

Aysel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
19:31 20.10.2026
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
19:14 20.10.2026
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
18:54 20.10.2026
"Reuters": İran ABŞ-la danışıqları bilərəkdən uzadır
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
18:45 20.10.2026
Rəsmi Moskva ABŞ-ın Raul Kastro barəsində həbs orderi verməsini qınayıb
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
18:31 20.10.2026
Fransada iğtişaşlarda iştirak edən 149 nəfər həbs cəzasına məhkum edilib
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
18:19 20.10.2026
"Reuters": Uitkoff Ukrayna üzrə danışıqlar üçün Norveçə gedib
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA