Corc Buşu həbs gözləyir

Corc Buşu həbs gözləyir
Bütün Xəbərlər
13:19 14.10.2011
1443
Beynəlxalq Əfv Təşkilatı Kanadanı  ABŞ-ın sabiq prezidenti Corc Buşu həbs etməyə çağırıb. Buş oktyabrn 20-də keçiriləcək görüşdə iştirak etmək üçün Kanadaya gedəcək. 
Təşkilat adından müraciət edən  Susan Lee Buşun terrorizm əleyhinə başlatdığı müharibə zamanı işgəncəyə icazə verməsi səbəbilə həbs edilməli olduğunu bildirib: “ Kanadanın təsdiqlədiyi və qəbul etdiyi beynəlxalq hüquq qaydaları nəzərə alınaraq eks prezident  həbs edilməlidir. ABŞ-da səlahiyyətli orqanlar Buşu mühakimə etməkdə müvəffəqiyyətsiz olublar. Bununla bağlı BMT Konvensiyasında müddəalar da var".
Təşkilatın  Kanadadakı katibi Aleks Neve  Buşun  gedə biləcəyi bütün ölkələri nəzarətdə saxladıqlarıı deyib. O, Buşun buna görə fevral ayında İsveçrə səfərini təxirə saldığını da xatırladıb: “İşgəncə edənlərin ədalətli mühakimə olunması üçün  dünyanın bütün xalqları birlikdə hərəkət etməlidir. Kim tərəfindən və hansı səbəb ilə edilirsə edilsin işgəncə dayandırılmalıdır".
OXŞAR XƏBƏRLƏR