Beynəlxalq Əfv Təşkilatı Kanadanı ABŞ-ın sabiq prezidenti Corc Buşu həbs etməyə çağırıb. Buş oktyabrn 20-də keçiriləcək görüşdə iştirak etmək üçün Kanadaya gedəcək.
Təşkilat adından müraciət edən Susan Lee Buşun terrorizm əleyhinə başlatdığı müharibə zamanı işgəncəyə icazə verməsi səbəbilə həbs edilməli olduğunu bildirib: “ Kanadanın təsdiqlədiyi və qəbul etdiyi beynəlxalq hüquq qaydaları nəzərə alınaraq eks prezident həbs edilməlidir. ABŞ-da səlahiyyətli orqanlar Buşu mühakimə etməkdə müvəffəqiyyətsiz olublar. Bununla bağlı BMT Konvensiyasında müddəalar da var".
Təşkilatın Kanadadakı katibi Aleks Neve Buşun gedə biləcəyi bütün ölkələri nəzarətdə saxladıqlarıı deyib. O, Buşun buna görə fevral ayında İsveçrə səfərini təxirə saldığını da xatırladıb: “İşgəncə edənlərin ədalətli mühakimə olunması üçün dünyanın bütün xalqları birlikdə hərəkət etməlidir. Kim tərəfindən və hansı səbəb ilə edilirsə edilsin işgəncə dayandırılmalıdır".