Covid-19 əleyhinə yeni peyvənd hazırlandı

SAĞLAMLIQ
12:10 27.08.2021
788
Rusiyada hazırlanan dördüncü Covid-19 peyvəndi istifadəyə veriləcək.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Vektor Araşdırma Mərkəzi tərəfindən hazırlanan "EpiVakKorona-N" adlı vaksin qeydiyyata alınıb.

18-60 yaş arası vətəndaşlar üçün istifadə ediləcək peyvənd hamilə qadınlara vurulmayacaq. Sözügedən peyvəndin xroniki xəstəlikləri olanlar üçün risk yarada biləcəyi də bildirilib.

COVİD-19 əleyhinə hazırlanan 4-cü peyvəndin ilk sınaqları 19 iyulda başlayıb.

Rusiyadakı Gamaleya Araşdırma İnstitutu tərəfindən hazırlanan ilk Rusiya COVİD-19 peyvəndi "Sputnik V", Vektor Araşdırma Mərkəzi tərəfindən hazırlanan "EpiVakKorona" adlı peyvənd artıq istifadə üçün qeydiyyata alınıb.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR