Daha 3 ünvanda yol təmiri yekunlaşdı

Daha 3 ünvanda yol təmiri yekunlaşdı
SOSİAL
20:05 14.07.2026
192
Paytaxtda daha 3 ünvanda yol təmiri işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZXEBER.COM-a bildirilib ki, Bakı şəhərində yol infrastrukturunun müasirləşdirilməsi və vətəndaşların rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Ötən şənbə və bazar günləri paytaxtın daha üç ünvanında aparılan təmir işləri uğurla başa çatdırılıb.

Dairəvi küçəsində (Bakı Dairəvi yolu), Sənan Abdullayev küçəsində (Baksol yolu) və Nazim Hikmət küçəsində yol örtüyünün yenilənməsi ilə bağlı işlər həyata keçirilib. Təmir işləri gecə və gündüz saatlarında operativ şəkildə icra olunub. Görülən işlər nəticəsində həmin yol sahələrində nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkəti təmin edilib.

AAYDA tərəfindən paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, yolların texniki vəziyyətinin yüksəldilməsi və hərəkət iştirakçıları üçün əlverişli şəraitin yaradılması istiqamətində tədbirlər mərhələli şəkildə davam etdirilir.
OXŞAR XƏBƏRLƏR