ANS-də yayımlanan “Ağıl dəryası” verilişi ilə tanınan aparıcı Zəhra Rüstəm Osmanova telekanaldan ayrılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə aparıcı özünün facebook hesabında yazıb: “ANS-dən ayrılanlardan biri də mən oldum. Həyatımda yeni mərhələyə qədəm qoydum”. Aparıcı onu da əlavə edib ki, artıq indidən iş təklifləri almağa başlayıb, lakin qızına vaxt sərf etmək qərarı verdiyi üçün gələn ildən iş həyatına geri dönəcək.