Daha bir əsgərimiz xəstəxanada öldü

Daha bir əsgərimiz xəstəxanada öldü
Bütün Xəbərlər
10:43 19.01.2013
2749

Azərbaycanda əsgər ölümü ilə bağlı daha bir xəbər yayıldı. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Şəmkir Hərbi Birləşməsinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri 1994-cü il təvəllüdlü, 2012-ci ilin oktyabr ayında SHXÇDX-nin Balakən rayon şöbəsindən hərbi xidmətə çağırılmış Xudulov Ramazan İsmayıl oğlu dünən axşam saat 21:45-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib. Məlumatda bildirilir ki, bu ilin yanvar ayının 11-də səhhətində problemlər yaranan əsgər yerli hərbi hospitala köçürülüb və üç gün sonra vəziyyəti ağırlaşdığına görə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına gətirilib. Səhiyyə Nazirliyi və Baş Klinik Hospitalın mütəxəssislərinin gərgin səylərinə baxmayaraq əsgəri həyata qaytarmaq mümkün olmayıb. “Əsgər Xudulov virus+bakterial mənşəli, kəskin meninqoensefalit - ağır gedişli, serebral koma, beyin ödemi, pərçim sindromu və digər ağır diaqnozlu xəstəlik səbəblərinə görə dünyasını dəyişib”- deyə, məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR