Daha bir əsgərimiz özünü vurdu

Daha bir əsgərimiz özünü vurdu
Bütün Xəbərlər
15:35 27.01.2014
1553

İsmayılov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycanda əsgər özünü güllələyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, Həbib Bəxtiyar oğlu İsmayılov təhlükəsizlik qaydalarının pozulması nəticəsində tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb və hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, H.İsmayılov Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR