Polşanın paytaxtı Varşava şəhərində güləş üzrə "Poland Open" turniri sona çatıb.
"Report"un məlumatına görə, sonuncu yarış günündə 60, 63, 72, 87 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Bu yarışda 97 kq-da çıxış edən İslam Abbasov təsnifat mərhələsində Türkiyə güləşçisinə qalib gəlib. Həmyerlimiz 1/4 finalda İran idmançısına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşə çıxıb və danimarkalı rəqibi üzərində inamlı qələbə qazanıb. Son qarşılaşmada yerli pəhləvanı üstələyən İslam bürünc medalı boynundan asıb.