Daha bir qəzet ayı söhbətinə görə Anar Məmmədovdan üzr istədi - FOTO
MEDİA
16:55 03.12.2012
1529
“Gündəm xəbər” qəzeti ZQAN Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədovdan üzr istəyərək təkzib verib.Belə ki, qəzet 28 noyabr 2012-ci il tarixində çıxmış sayında 39 (406) saylı fevral 2012-ci il tarixli nömrəsində “Nazir oğlunun avtovağzal davası” başlığı və “Dəfələrlə qardaşımı çağırıb məni yola gətirməyi tapşırıblar” yarımbaşlığı, 193 (561) saylı 24 avqust 2012-ci il tarixli nömrəsində “Nazir oğlu ölkənin dəmiryol nəqliyyatın ələ keçirir” başlığı və “Dəmir yol nəqliyyatı ilə hərəkət edən marşrutlar Anar Məmmədova məxsusdur” yarımbaşlığı və qəzetin 06 sentyabr 2012-ci il tarixli 204 (572) saylı nömrəsində “Anar Məmmədova məxsus şirkətin avtobusu qəza törətdi” başlığı altında olan məlumatların dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini bildirərək təkzib verib.Təkzibdə deyilir - qəzet məlumatların həqiqətə uyğun olmadığını bildirir və bu cür məlumatları dərc etdiyinə görə Anar Ziya oğlu Məmmədovdan üzr istəyir.Qeyd edək ki, bir müddət öncə “Azadlıq” qəzeti də yanlış xəbər yaydığına görə Anar Məmmədovdan üzr istəyib.