Daha bir qurum Ziya Məmmədovdan alınır

SOSİAL
16:12 14.03.2016
2305
Beynəlxalq Avtovağzal Kompleksi Nəqliyyat Nazirliyindən alınır. 
Əldə etdiyimiz məlumata görə, bu barədə müvafiq göstəriş verilib və artıq sənədlərin hazırlanması prosesi gedir. Məlumatda eyni zamanda qeyd olunur ki, Beynəlxalq Avtovağzal Komleksi müstəqil qurum kimi fəaiyyət göstərəcək. Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzalı 2009-cu ilin fevral ayından etibarən fəaliyyətə başlayıb.
Hal-hazırda Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə iritutumlu avtobus yola salınır

OXŞAR XƏBƏRLƏR