Daha bir vətəndaşımız minaya düşdü

SOSİAL
21:40 18.01.2022
791
Goranboyun gənc sakini minaya düşüb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Tap Qaraqoyunlu kəndində baş verib.

Belə ki, kəndin 26 yaşlı sakini Məmmədov Vüqar Maqsud oğlu minaya düşüb. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib, onun sol ayağı amputasiya olunub.

V.Məmmədovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisə o, qoyun otaran zaman baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR