Daha iki nəfər suda boğuldu

Daha iki nəfər suda boğuldu
Bütün Xəbərlər
13:02 01.08.2012
1259
Azərbaycanda daha iki nəfər suda boğulub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1967-ci il təvəllüdlü Mehtixan Kefti oğlu Mehtiyev Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Şəkili kəndi ərazisindən keçən hissəsində (nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb.Bundan başqa Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 6 km məsafədə, nəzarət olunmayan ərazidə) batan, 1968-ci il təvəllüdlü İnqilab Oqtay oğlu Nağıyevin axtarışları başa çatıb. İ. Nağıyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR