Dağılmış sərhəd yolu təmir olunur

Dağılmış sərhəd yolu təmir olunur
Bütün Xəbərlər
18:55 03.10.2012
846
Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun yenidən qurulrması davam edir. "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən bu yolun uzunluğu 59 km-dir. 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb.2 texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq 54 km hissədə torpaq yatağının, 40 km-də isə əsasın tikintisi yekunlaşıb. Hazırda süni qurğularla yanaşı, digər sahələrdə yolun əsası tikilir.
OXŞAR XƏBƏRLƏR