DANiB saglam heyat terzinin tebligini davam etdirir

DANiB saglam heyat terzinin tebligini davam etdirir
Bütün Xəbərlər
21:31 07.09.2015
1148

“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ”Sosial şəbəkə imkanlarından istifadə etməklə sağlam həyat tərzinin təbliği” layihəsinin icrasını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, layihə çərçivəsində artıq iki aydırki, facebook ve instaqramda ”Sağlam Ömür” adlı səhifə və qrup yaradılmış, logo və brendbook hazırlanmışdır. Həmçinin saglamömür.az saytı yaradılmışdır. Layihənin sosial şəbəkələrdəki səhifələri aktiv olaraq işləyir və işçi qrupu tərəfindən gün ərzində sağlam həyat tərzi ilə bağlı müxtəlif məlumatlar oxuculara təqdim olunur. Eyni zamanda layihə çərçivəsində sağlam həyat tərzinin təbliğinə həsr olunan video roliklərin hazırlanması da başa çatmaq üzrədir, onlarda bu günlərdə izləyicilərin ixtiyarına veriləcək.

OXŞAR XƏBƏRLƏR