Daşkəsənə leysan yağıb, dolu düşüb - Ciddi fəsadlar yaradıb

Daşkəsənə leysan yağıb, dolu düşüb - Ciddi fəsadlar yaradıb
SOSİAL
23:33 24.05.2019
10391
Daşkəsən rayonuna dolu düşüb.

AZXEBER.COM xəbər verir ki, təxminən yarım saat öncə baş verən təbii hadisə zamanı rayonun bir sıra infrstrukturuna ciddi ziyan dəyib. Küləklə müşahidə olunan leysan yağış nəticəsində Gəncə-Göygol-Daşkəsən eləcə də, kəndlərə gedən avtombil yollarına, elektrik, rabitə xəttlərinə ciddi ziyan dəyib. İri gövdəli ağaclar kökündən çıxaraq aşıb. 

Eyni zamanda əkin sahələrinin də yararsız vəziyyətə düşdüyü bildirilir. Hazırda rayon İcra Hakimiyyəti Aparatının fövqaladə hallar komissiyası tərəfindən dəyən ziyanın həcmi müəyyənləşdirilir. Son məlumata görə külək səngisə də yağıntı hələ də davam edir. 
OXŞAR XƏBƏRLƏR