"DAVAM" “Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya başladı

GƏNCLİK
15:18 18.11.2020
290

Noyabrın 18-də "DAVAM” Ümumrespublika Gənclər Hərəkatı "Qarabağ meşələrini qoruyaq!” adlı beynəlxalq kampaniyaya start verdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında "DAVAM” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, idarə heyətinin üzvləri Sabir Rüstəmov və Reyhan Camalova iştirak ediblər.

Qeyd olunub ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli bəyanat imzalanıb. Bu bəyanatda işğal altında olan rayonlarımızın geri qaytarılma qrafiki yer alıb. Mənfur düşmən bu ərazilərdən çıxma prosesində maksimum şəkildə bölgəyə ziyan vurur. Qarabağ meşələri, tərk edilən evlər yandırılır, ekologiyaya və bölgənin flora, fauna örtüyünə böyük ziyan vurulur. Biz bu ekoloji terroru sosial medianın erməni seqmentinin paylaşımlarında aktiv şəkildə görürük.

Qeyd edilib ki, "DAVAM” Ümumrespublika Gənclər Hərəkatı düşmənin bu addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, ekologiya və ətraf mühitin mühafizəsi ilə məşğul olan beynəlxalq təşkilatlara və siyasi təsisatlara Azərbaycan ərazilərində baş verən bu ekoloji terrora münasibət bildirmələri və Ermənistana beynəlxalq təzyiqin göstərilməsi üçün çağırışlar edəcək.

Birləşmiş Millətlər Təşkilatı, Avropa Parlamentinin Yaşıllar – Azad Avropa Birliyi fraksiyası, bu fraksiyada təmsil olunan 16 üzv ölkənin Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, İspaniya və İsveçin yerli partiyalarına real vəziyyəti əks etdirən məktub və xüsusi dizaynda hazırlanmış təqdimatlar göndəriləcək.

Bildirilib ki, bu işlərə paralel olaraq, 16 noyabr axşam saat 21:00-dan etibarən "DAVAM” Ümumrespublika Gənclər Hərəkatının üzvləri "Facebook”, "Twitter” və "Instagram” üzərindən #StopArmenianEcoTerrorism həştəqi ilə paylaşımlar edərək, sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya cəlb etməyə çalışır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO

13:41 24.11.2020

Erməni əsirliyində olan Bayramın anası müraciət etdi - VİDEO

13:32 24.11.2020

Reza Deqatidən Azərbaycanda molokanlarla bağlı paylaşım - FOTO

13:23 24.11.2020

“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - COVİD-19 xəstəsi

13:17 24.11.2020

Sabahın hava proqnozu açıqlanıb