Ankarada Türkiyənin xarici ölkələrdəki səfirləri ilə keçirilən toplantıda çıxış edən xarici işlər naziri Əhməd Davudoğlu iki qardaş ölkə - Azərbaycan və Türkiyə diaspor təşkilatlarının ermənilərin və havadarlarının antitürk kampaniyasına qarşı çıxış etdiklərini bildirib. O, həmçinin əlavə edib ki, Ankaranın xarici siyasətdəki uğurları nəticəsində artıq bu kampaniyalara qarşı yalnız türklər və azərbaycanlılar deyil, onlarla birlikdə Somali, Fələstin diaspor təşkilatları çıxış etməyə başlayıblar. Türkiyənin xarici diplomatiya idarəsinin rəhbəri ölkəsinin xarici siyasət perspektivlərini də açıqlayıb. Onun sözlərinə görə, Ankara Cənubi Qafqaz, Balkanlar və Orta Asiyada fəal diplomatik səylərini davam etdirəcək.