Dayısını itə yedizdirən, generalını topa tutan Kim Çen In kimdir? - HƏYATI

Dayısını itə yedizdirən, generalını topa tutan Kim Çen In kimdir? - HƏYATI
DÜNYA
14:44 27.04.2020
4004

Şimali Koreya dünyanın ən qapalı ölkələrindən sayılır və bu ölkənin başçısının insanlarla, xüsusilə vəzifə sahibləri ilə rəftarından belə nəticəyə gəlmək olar ki, Kim Çen In həyat yoldaşını öldürtməsə də, hər gün döyür.

Ancaq bu ölkə nə qədər qapalı olsa da, çoxlarının diktator kimi təqdim etdiyi ölkənin lideri Kim Çen In həyat yoldaşı Li Sol Çjunu çoxdan ictimaiyyətdən gizlətməkdən vaz keçib.

Brinci ledinin ilk dəfə kütlə qarşısında görünməsi hətta ajiotaja da səbəb olub, heç kimin gözləmədiyi halda xanım Li Sol Çju mini geyimdə və "Dior” firmasının çantası ilə camaatın qarşısına çıxıb.

Şimali Koreyanın gənc liderinin özünün də təmtəraqlı həyat sürdüyünü iddia edənlər az deyil.

Məsələn, Cənubi Koreyanın "Çoson İlbo” nəşrinin yazdığına görə, Şimali Koreyaya ev saunası üçün Almaniya və Finlandiya istesalı olan avadanlıqlar gətirilib.

Bundan əlavə, ölkəyə Avropadan dağ xizəçkiliyi istirahət məkanının tikilməsi üçün avadanlıq gətirildiyi də iddia edilir. Kanvondo əyalətinin Vonson şəhəri ərazisində tikilən həmin istirahət mərkəzinin Şimali Koreyanın rəhbəri üçün nəzərdə tutulduğu bildirilir.

Kim Çen In üçün ölkəyə gətirilən digər xarici mallar arasında Böyük Britaniyada istehsal edilən və hər birinin dəyəri 10 milyon dollar olan iki yaxtanın olduğu da qeyd edilir. Kimin dəyəri 90 min dollar olan məşhur "Patek Filip” firmasının saatını taxdığı da söylənilir.

Birinci ledi Li Sol Çjuya gəldikdə, 1989-cu il sentyabrın 28-də anadan olub. Onun Şimali Koreya lideri ilə münasibətinin qanuniləşdirildiyi haqda ilk məlumat ölkə KİV-də 2012-ci il iyulun 25-də yayılıb.

Bu cütlük isə kütlə qarşısına ondan bir neçə həftə əvvəl çıxıb.



Li Sol Çju Pxenyandakı Kim İr Sen adına universitetin məzunudur. Onun atası müəllim, anası həkimdir. Belə ehtimal edilir ki, Kim Çen In onunla münasibətini 2009-cu ildə qanuniləşdirib. Xarici KİV-in iddiasına görə, o, 2010-cu ilin payız-qışında, yaxud 2011-ci ilin qışında uşaq dünyaya gətirib.

Birinci ledinin ikinci övladının isə 2012-ci ilin dekabr ayının axırında doğulduğu bildirilir.

Hər halda, bu məlumatlara baxmayaraq, ailəni övladları ilə birgə görən olmayıb.

Kim Çen Inın arvadı ilə bağlı ölkə mətbuatında ilk informasiya 2012-ci il iyulun 25-də gedəndən sonra Li Sol Çju haqda Koreya Əmək Partiyasının mərkəzi çap orqanı hesab edilən "Nodon sinmun” qəzetində ardıcıl məlumatlar verilməyə başlayıb. Bu məlumatlarda Şimali Koreya liderinin arvadının müxtəlif rəsmi tədbirlərdə iştirakından bəhs olunub. Bu yazılarda ərlə arvadın birgə fotoları da əks edilib. Məhz həmin materiallara əsaslanaraq cütlüyün toyunun bundan bir əvvəl olduğu iddia edilib.

İmici

Bildirildiyinə görə, Li Sol Çjunun geyim tərzi buna qədər ölkədə qadınlar üçün qəbul edilən ənənədən fərqlənir: o, ictimaiyyət qarşısına qısa yubkada və hətta şalvarda çıxır, qolsuz və şəffaf bluzka köynəklər geyir, bahalı zinət əşyaları daşıyır (Məsələn, "Tiffani” şirkətinin boyunbağı - 4000 ABŞ dolları dəyərində). Bundan əlavə, o, ərindən əvvəlki dövlət başçıları olan Kim İr Senin və Kim Çen İrın portretləri olan döş nişanlarını taxmaqdan imtina edib, halbuki Şimali Koreyada bu nişanları gəzdirmək məcburidir.

Li Sol Çjunun bu nişanları taxmaqdan imtinası ərinə xüsusi bağlılığının nəticəsi kimi dəyərləndirilir. Bu o deməkdir ki, birinci ledi üçün Kim Çen Indan başqa heç bir kişi yoxdur.

Müşahidəçilərin fikrincə, həyat yoldaşının təsiri altında Kim Çen In bəzi tələblərdən imtina edərək Şimali Koreya qadınlarının xarici görünüşcə dəyişməsinə imkan verib.

İndi onlara şalvarlı kostyum və cins şalvarlar, qara kolqatkalar, platformalı və dabanlı ayaqqabı geyinməyə icazə verilib, eləcə də qadınların velosipedlə hərəkətinə olan qadağa da ləğv edilib.

Şimali Koreya liderinin arvadı yerli "Moranbon” ansamblının konsertində görünəndə çoxlarını xarici görünüşü ilə də təəccübləndirib. Birinci ledi konsertə ona xarakterik olmayan qısa saçda gəlib. Kim Çen Inın həyat yoldaşı bununla keçmiş ölkə başçılarının uzun saçlı xanımlarından fərqli olaraq çoxdankı ənənəni də pozub. Ən qapalı ölkədə birinci ledinin bu fərqli saç düzümü onun tamamilə dəbli bir qadın olduğu haqda imic formalaşdırıb. Jurnalistlər də etiraf ediblər ki, bu imici Kim Çen Inın arvadına çox yaraşır. O, daha dəbli görünür.

Bəzi məlumatlara görə, birinci ledinin imicinin dəyişməsinin başlıca səbəbkarı əridir, çünki Şimali Koreya lideri özü də qısa saça üstünlük verir və xanımının bu imicdə olması onun daha çox xoşuna gəlir.

Hətta "Moranbon” ansamblında çıxış edən qızlar birinci ledinin imicindən faydalanaraq son konsertlərinə qısa saç düzümü ilə çıxıblar.


Şimali Koreyanın indiki birinci ledisi ilə bağlı sensasiyalı məlumatlar da kifayət qədərdir.

Məsələn, bunlardan birində iddia edilir ki, Li Sol Çju 2005-ci ildə Cənubi Koreyaya gedib. O zaman Li Asiya oyunları çərçivəsində Şimali Koreya idmançılarını dəstəkləyirmiş. Bundan əlavə, o, Cənubi Koreyanın İnçxon şəhərindəki bələdiyyə kollecində iki Koreya respublikasının tələbələrinin görüşündə iştirak edib. Həmin görüşdə cənubi koreyalı jurnalistlərlə söhbət edən indiki birinci ledi bəyan edib ki, iki Koreyanın tələbələrinin birlikdə millətin birləşməsi haqda oxuduqları mahnı onda dərin təəssürat yaradıb.

Li Sol Çju ərə gedənə qədər "Inxasu” musiqi kollektivində çıxış edib və Koreya mahnılarını çox yaxşı ifa edib. Onun çıxışlarını indi Yootube-də dinləmək mümkündür.

Əlbəttə, dəbli geyiminə görə Şimali Koreyanın birinci ledisini Azərbaycanın, ABŞ-ın, İordaniyanın birinci xanımları ilə müqayisə etmək olmaz. Ancaq Şimali koreyalı qadın kimi onun qarderobu kifayət qədər zəngin və bahalıdır.

O, dəfələrlə ictimaiyyət qarşısına "Dior” çantaları, "Tiffana” bəzəkləri və "Morvado” saatları ilə çıxıb. Bütün bunlar onun adının dəbli birinci ledilərin sırasında çəkilməsinə səbəb olub.

Şayiələrə görə, Şimali Koreyadakı köhnə qvardiya birinci ledinin fəallığından razı deyil. Bununla belə, gənc və gözəl birinci ledi Şimali Koreyanı Qərb ictimaiyyətinin nəzərində daha da cəlbedici edir. // modern.az


 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
18:18 17.03.2025
Yardımlıda təcili tibbi yardım çağırışa gəlmir? - TƏBİB-dən açıqlama
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
18:14 17.03.2025
"Çelsi" yayda 7-8 futbolçu ilə yollarını ayırmaq istəyir
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
18:05 17.03.2025
"Rusiya ilə münaqişənin dondurulması deyil, müvəqqəti atəşkəs müzakirə olunur"
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
17:49 17.03.2025
Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
17:41 17.03.2025
Ombudsman vətəndaşları qəbul edib - FOTOLAR
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
17:39 17.03.2025
Kişilərin beyni hər axşam saat 8-də kiçilir
Talıb Talenin ailəsində ağır itki
17:35 17.03.2025
Talıb Talenin ailəsində ağır itki
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
17:26 17.03.2025
Kremldə Putin və Rəhmon arasında məhdud tərkibdə danışıqlar başlayıb
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
17:19 17.03.2025
Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
17:18 17.03.2025
DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
17:16 17.03.2025
Növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanı onlayn formada keçiriləcək
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
17:15 17.03.2025
Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
17:13 17.03.2025
Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
17:11 17.03.2025
Dilçi alim: Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
17:08 17.03.2025
Cənubi Koreya və Ukrayna şimali koreyalı hərbi əsirlərin repatriasiyasını müzakirə edib
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
17:07 17.03.2025
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib