Bakı şəhərinin Binəqədi rayonu ərazisində Xocasən qəsəbəsində evlərdən birində təbii qazın sızması partlayışa səbəb olub. Seyidağa Nuriyevin evində baş vermiş partlayış nəticəsində yanıq xəsarəti almış Natavan Nuriyeva və oğlu Rəhman xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətləri qənaətbəxşdir. Fövqəlada Hallar Nazirliyi isə əhaliyə xəbərdarlıq edir. Nazirlik dəm qazından zəhərlənmə hallarının aradan qaldırılması üçün əhali arasında təbliğat işlərinə başlayıb.FHN-in Yanğın Nəzarəti Xidmətinin baş mütəxəssisi Məhərrəm Novruzov bildirib ki, qurum əməkdaşları hər bir mənzildə sakinləri yanğın və dəm qazı ilə mübarizəylə bağlı məlumatlandırılır: "Hansı üsüllarla bundan müdafiə olunmaq olar anladılır. Həmçinin aidiyyatı qurumlarla damların və bacaların təmizlənməsinə dair yazılı danışıqlar aparılır”.