Dəmir yolunun kassalarında niyə növbə yaranıb?

Dəmir yolunun kassalarında niyə növbə yaranıb?
Bütün Xəbərlər
17:45 08.04.2013
1098
Bu gün Bakı dəmir yolu vağzalındakı bilet kassalarında sıxlıq müşahidə olunub. Sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, vağzalda olan əksər kassalar bağlı qalıb.Onların sözlərinə görə, cəmi 4 kassadan bilet satılıb ki, bu da böyük növbələrə səbəb olub. Onlar bunu bilet satışı kassalarındakı kompüterlərdə texniki problemlərin yaranması ilə izah ediblər.ANS PRESS bu məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədova müraciət edib. N. Əzməmmədov bildirdi ki, bu gün dəmir yolu vağzalındakı bilet kassalarında həqiqətən də sıxlıq olub. O, bunu aparılan profilaktik tədbirlərlə izah edib: “Dəmir yolu sərnişindaşımasının bilet kassalardakı kompüterlərin proqram təminatı yenilənir. Bu səbəbdən orada mövcud olan 14 kassadan cəmi 4-də bilet satışı həyata keçirilib. Sərnişinlərin yaratdığı sıxlıq da məhz bununla bağlıdır”.N. Əzməmmədov bildirib ki, profilaktik tədbirlər 1 həftə müddətində davam edəcək: “Bu səbəbdən yenidən kassalar qarşısında sıxlığın yaranması ehtimalı gözləniləndir. Amma bu məsələ tezliklə öz həllini tapacaq”.
OXŞAR XƏBƏRLƏR