AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkda ziyarətçilərə tamamilə fərqli bir istirahət ab-havası bəxş edən elektrik mühərrikli faytonlar istifadəyə verilib.
Layihə çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin ixtisaslaşmış bələdçiləri tərəfindən yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları haqqında ətraflı məlumat təqdim olunur.











































