Milli Məclisin 30 sentyabr iclasında söz alan deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bir sıra vəkillərin fəaliyyətlərinə görə Vəkillər Kollegiyasından qanunsuz çıxarıldığını deyib.
“Media forum” saytının məlumatına görə, deputat Vəkillər Kollegiyasında islahatların aparılmasının, rəhbər dəyişikliyinin vacib olduğunu vurğulayıb.
Deputat Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində rolu olan Arif Hacılı, Nemət Pənahlı və başqalarının həbsdən buraxılmasını təklif edib: “Bu yaxınlarda sabiq prezident Ayaz Mütəllibovun ölkəyə qayıtmasına icazə verildi. Müstəqilliyin 20 illiyi ilə əlaqədar həbsdə olanların bağışlanması alicənab addım olardı”.