Milli Ordunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyasından sonra Azərbaycanda yaşanan ruh yüksəkliyi neçə mənzum şeirlə vəsf olunub. AZXEBER.COM Modern.az-a saytı həmin şeirləri təqdim edir. ŞAD XƏBƏRİldırım sürətilə bütün dünyaya yayıldı.Eşidən qulaqlarına, oxuyan gözlərinə inanmadı:- Bu mümkünmü, bu ola bilməz, sən nə danışırsan? Doğrudanmı?Doğrudan,həqiqətən, dəqiq – o, artıq Azərbaycandadır.Kimsənin bu xəbəri təkzib etməyə iqtidarı yoxdur, hünəri çatmaz!..Gözün aydın, eşidən!Gözün aydın, sevinən!Gözün aydın, anam-bacım,Gözün aydın atam-qardaşım!Təbrik edirəm, oğlum-qızım, gəncim-qocam!Gözün aydın, “Şəhid Ana”, oğlun qayıtdı!Məğrur, qürurlu, sevinc qapılarını taybatay üzümüzə açıb qayıtdı...Ümid yollarını ağardıb qayıtdı...Oğlun sənsiz Sənə qayıtdı,Şəhid analarına,bacılarına, oğul yolu gözləməkdən gözlərinin kökü saralmış atalarına,Bu elə, obaya,xalqa...Qayıtdı!...Qayıtdı ki, özü ilə birlikdə sənin ruhunu da doğma yurda qaytarsın.Arxayın ol,o gün çox da uzaqda deyil, “Şəhid Ana”,Rahat yata bilərsən...Bütün Azərbaycan anaları sənin sevincini göz yaşlarında axıtdılar, sənin fərəhini, qürurunu yaşadılar, fəxr etdilər, öyündülər,“Xoş gəldin, əziz balam”, - dedilər.AZADLIQO, artıq azaddır, daha bir də məhbəsə qayıtmayacaq.Ölkə prezidenti əfv sərəncamı imzalayıb.Hər kəs sevinir, uşaqdan böyüyə hamı bir-birini təbrik edir...“Bu, belə də olmalı idi,ədalət zəfər çalmalı idi”.İlkin ehtimallar səslənir:-Yəqin ki, orduya xidmətə qayıdar,“Bilmək olmaz...” söyləyənlər də var.Əminlərsə daha çoxdur:-Yox başqa cür ola bilməz, hökmən qayıdacaq!Vətənə, xalqa xidmət amalıdır onun,Dedilər... və yanılmadılar.Gözün aydın, Sahib kişi!Mayor rütbəsi bir az gecikdi, amma “zabit şərəfi” qat-qat yüksəldi oğlunun...Gözün aydın, Məğrur Ata!MƏNİM PREZİDENTİMGözünüz aydın, möhtərəm cənab Prezident!“Vətən uğrunda döyüşə hazır ol!” əmrinə müntəzir Mübariz əsgərlərin Ali Baş Komandanı,hər bir vətəndaşını əziz tutan qayğıkeş və humanist İnsan.Azərbaycanımızı uğurdan-uğura qovuşduran möhtəşəm Lider, hər bir azərbaycanlının qətiyyətli və cəsur Prezidenti!Eşq olsun Sizə! BAYRAĞIMGözün aydın!Ucalardan uca adım, Sənə qürur yaraşır.Bu gün çox bəxtəvərsən,Daha əzəmətlə dalğalana bilərsən.Uğrunda can verməyə, qan tökməyə hazır oğlun qayıtdı axı!..Səni alçaltmağa cəhd edən düşmənə öz yerini göstərən Zabitin qayıtdı axı!..Gözü qarşısında ermənilər tərəfindənYaxınlarının və doğmalarının işgəncə ilə öldürülməsinəDözməyə məcbur olan, lakin Sənə həqarəti qəbul etməyən igidimiz qayıtdı axı!..Özü də dünyaya ən uca bayraq kimi qaldırıldığın gün...Qayıtdı ki, səni bu ucalarda saxlayan Prezidentinin, Ali Baş Komandanının torpaq və Vətən uğrunda müqəddəs savaşındaÖz sözünü bir də desin!Xalqımıza və dövlətimizə qalibiyyət arzusu iləGözün aydın,Şəhid Ana,Məğrur Ata,Ana Torpaq,Müqəddəs Bayraq,Cənab Ali Baş Komandan!Gözün aydın,Azərbaycan!BaharBakı, 01- 09-2012