Tanınmış alman siyasətçi, Berlin parlamentinin “Piratlar” partiyasından olan millət vəkili Hervald Klaus-Brunner evində intihar edib.
İntihardan öncə o, bir kişini zorlayıb və öldürüb.
Hüquq-mühafizə orqanları baş verən hadisə ilə bağlı ətraflı məlumat yaymayıb. Rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
Qeyd edək ki, Klaus-Brunner partiya yoldaşları içərisində hündür boyu və başına yaylıq bağlamaq vərdişi ilə seçilib. Polisin intihar kimi qiymətləndirdiyi ölümdən sonra partiyadan Klaus-Brunnerin sağalmaz xəstəliyinin olduğu barədə məlumat verilib.
///AzNews.az