Dağıstanın Kaspiysk şəhər məclisinin deputatı Məhəmmədhacı Əliyev güllələnib. Respublika hüquq-mühafizə orqanlarından verilən məluamta görə, “Qorvodkanal” (Şəhər Su Kanalı) müəssisəsinin başçısı olan M.Əliyev yaşadığı evin qarşısında naməlum silahlılar tərəfindən atəşə tutulub. Aldığı yaralardan M.Əliyev elə hadisə yerindəcə keçinib.