Deputat: Gəncədə pandemiya ilə bağlı bütün zəruri tədbirlər davam etdirilir

Deputat: Gəncədə pandemiya ilə bağlı bütün zəruri tədbirlər davam etdirilir
SOSİAL
12:46 09.04.2020
896
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası yer kürəsinin, eyni zamanda ölkəmizin saknlərinin sağlamlığını təhdid altına alıb. Gözlə görə bilmədiyimiz düşmənlə mübarizə günümüzün bir nömrəli reallığına çevrilib.

AZXEBER.COM xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ilk gündən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı. Sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər dayanmadan davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarəti ilə müvafiq tədbirlər görülür. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir.

Naqif Həmzəyev ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası ilə mübarizə apardığı belə bir çətin vaxtda Gəncədən seçilən millət vəkillərinin Gəncə şəhər İcra Hakimiyyətinin koronavirusun yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərində, bu istiqamətdə aparılan reydlərdə, maarifləndirmə işlərində də yaxından iştirak etdiklərini bildirib: Onlar şəhər rəsmiləri ilə birlikdə müxtəlif ərazilərində fəaliyyət göstərən ərzaq mağazalarına, apteklərə baş çəkir, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını, sanitar gigiyena normalarının vəziyyətini araşdırır, xüsusi risk qrupuna daxil olan yaşı 65-dən yuxarı və karantin qaydalarına məhəl qoymayan vətəndaşlarla marifləndirici söhbətlər aparırlar. Millət vəkilləri həmçinin imkansız ailələrə baş çəkir, ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət sovqtlar paylayırlar.

Naqif Həmzəyev vurğulayıb ki, bəşəriyyət üçün böyük təhlükə yaradan COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək çərçivəsində hakim Yeni Azərbaycan Partiyası kimi YAP Gəncə şəhər təşkilatı da geridə qalmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan təşkilatın əməkdaşları mart və aprel ayları üzrə əmək haqlarını, ümumilikdə 28 440 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Bu günə qədər YAP Gəncə şəhər təşkiltının əməkdaşları və könüllüləri 500-ə yaxın yaşı 65-dən yuxarı tənha və ahıl vətəndaşa, aztəminatlı ailəyə gigiyenik vasitələr, ərzaq olan sovqatlar çatdırıb, xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr veriblər. Aksiyada yaşı 65-dən yuxarı olan partiya veteranları da diqqətdən kənarda qalmır. Təşkilatın mütəmadi xarakter alan yardım aksiyaları xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.

Koronavirusla mübarizə prosesində Gəncədə fəaliyyət göstərən sahibkarlar da fəal vətəndaş mövqeyi nümayiş etdirir, onlar da yardım aksiyalarına qoşulublar.

Onu da qeyd edim ki, nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, birinci Vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Ən əsası isə xalq-hakimiyyət birliyi, həmrəyliyimiz, insanlar arasında qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri, vətəndaş məsuliyyəti koronavius kimi qorxunc kabusa qalib gəlməkdə yardım edəcək, tezliklə xalqımız gözəgörünməz təhlükədən sovuşacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi "Biz birlikdə güclüyük!”-deyə millət vəkili qeyd edib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:45 11.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR