Xəbər verdiyimiz kimi, Finlandiyalı turist Taina Liekari Ginnesin rekordlar kitabına düşmək üçün 40 min km piyada olaraq ölkələri gəzməlidir.
Azərbaycan ərazisində olan finlandiyalı turist 7 min km qət edərək Qobustana çatıb.
AZXEBER.COM xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayev finlandiyalı turistlə Qobustan ərazisində görüşərək Bakı istiqamətinə piyada gəldiyini bildirib:
"Taina xanımı yəqin ki tanıyırsınız. Taina xanımın səyahəti İspaniyadan başlayıb və 7 min km bu günə qədər qət edib. Bundan sonra 40 min km getməldir ki, Ginnesin rekordlar kitabına düşsün".
Taina Liekari ölkəmizi və insanları bəyəndiyini deyib: "Azərbaycanda olduğum müddətdə bir çox ailə məni qonaq etdi. Çox sağ olsunlar. Ölkəniz və insanlarınız çox gözəldi".
Qeyd edək ki, millət vəkili Razi Nurullayev turistlə görüşmək üçün Qazaxa getmişdi.
Günel