Xəbər verdiyimiz kimi, bu gün müğənni Xuraman Şuşalı Dağıstanın estrada ulduzu Marina Əliyeva ilə birgə “Narkotikə yox deyək!” adı konsert proqramı keçirəcəklər.
AZXEBER.COM-un məlumatına görə, konsertin təşkilatçısı, prodüser Samir Xəttab bildirib ki, dekabrın 14-də, “Narkotikə yox deyək!” adı altında baş tutacaq konsertdə Xuraman Şuşalıdan və Marina Əliyevadan başqa reper Hüseyn Dərya da iştirak edəcəyini söyləyib.
Məsələyə münasibət bildirəm millət vəkili Fazil Mustafa öz şəxsi “facebook” səhifəsində status paylaşıb. Statusda millət vəkili müğənninin bu təşəbbüsünü yüksək qiymətləndirib:
“Belə bir məlumat oxudum ki, Dağıstanın tanınmış müğənnisi Marina Əliyeva və Xuraman Şuşalı dekabrın 14-də Bakıda klubların birində “Narkotikə yox deyək!” adı altında konsert proqramıyla çıxış edəcəklər.
İnsanın ki, kimliyindən asılı olmayaraq bu təşəbbüslə çıxış edən hər kəsə dəstək verməyə hazıram. Təəssüf ki, həmin vaxt xarici ölkələrin birinin parlamentində Dağlıq Qarabaq dinləmələrində iştirak edəcəyimə görə tədbirə qatılmam mümkün deyil. Ancaq FB vasitəsilə dəstəkləməyi özümə mənəvi borc bilirəm. Fikrimcə gələcəkdə bu kampaniyanı genişləndirib ümumiyyətlə "Siqaretə yox deyək!" kampaniyasına çevirmək lazım. Təbii ki, siqaret çəkənlər bundan narazı qala bilərlər, ancaq yanımda kimsə siqaret çəkəndə ilk təklifim bu olur: Bəlkə iradəni toplayıb atasan! Allahın bəxş etdiyi vücudu zəhərləməyin də hesabı var. Nədən özünə əlavə hesab yükü götürürsən?”