Deputat: Yol qaydalarını bilməyənlər təhlükə mənbəyidir

Deputat: Yol qaydalarını bilməyənlər təhlükə mənbəyidir
SOSİAL
12:00 25.06.2026
244
"Yol hərəkəti qaydalarını pozmaq insan həyatının itirilməsinə gətirib çıxarır. Bu, çox təəssüf doğurur”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri deputat Arzuxan Əlizadə  "Jurnalistika və İnkişaf Mərkəzi” və "Müstəqil nəqliyyatçılar” məsləhət və informasiya İctimai birliklərinin təşkil etdiyi "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və "Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, yol hərəkəti qaydalarını və yol nişanlarını bilməyən şəxslər potensial təhlükə yaradan iştirakçılara çevrilirlər.

Arzuxan Əlizadə qeyd edib ki, piyadalar bəzən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyə üstünlük vermir və bu da təhlükəsizlik risklərini artırır.

Şahanə
OXŞAR XƏBƏRLƏR