Deputatdan sərt karantin rejimi ilə bağlı təklif: SMS icazə...

Deputatdan sərt karantin rejimi ilə bağlı təklif: SMS icazə...
SOSİAL
17:25 06.04.2021
5181
"Son günlər yoluxma statistikası yenidən narahatlıq doğurmaqdadır. Prosesin nəzarət altına alınması üçün preventiv tədbirlərin görülməsi vacibdir. Müəyyən istisnalarla artıq demək olar ki, bütün Avropada karantin tədbirlərinin sərtləşməsi prosesi müşahidə olunmaqdadır. Bu mənada düşünürəm ki, sərt karantin bizdən də yan keçməyəcək”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, qapanmalar mərhələli şəkildə olmalıdır:

"COVİD-19-a demək olar ki, hamımızın ətrafından kimsə yoluxub, yəni inanıb–inanmamaq kimi bir bariyerimiz yoxdur. Bu mənada hesab edirəm ki, atılacaq addımlarımız daha məsuliyyətli və düşünülmüş olmalıdır. Əgər qapanmaya gedəcəyiksə, bu dəfə iaşə obyektərinin üzərində dayanmamalıyıq. Bərbərxanalardan, kafe və restoranlara, paltar mağazalarına qədər heç birinin fəaliyyətini dayandırmaq olmaz. Biz sms-icazə ilə bərabər sadəcə nəzarət tədbirlərini də gücləndirməliyik. Mən inanmıram ki, insanların bir-birindən uzaqda oturduğu hansısa kafe tam dolu şəkildə gedən avtobuslardan daha təhlükəli olsun.

Deputat qapanmalarla bağlı öz təklifini də səsləndirib. O deyib ki, koronavirusla yaşamağı öyrənməliyik: 

"Biz artıq COVİD-19-la birgə yaşamağı öyrənməliyik. Minumum tələblərə əməl etməklə tam təhlükəsiz şəraitdə yoluxmadan yaşaya bilərik. Qapanma dövlətimiz üçün də yükdür, yəni elə etməliyik ki, iqtisadiyyatımız da nəfəs alsın. Bu baxımdan məhdudiyyət daha çox fərdi nəzarətə yönəlməlidir. Yəni, yoxlamalar daha da gücləndirilməlidir. Bu həm də dövlətimizi hazırki böyük qayıdış ərəfəsində əlavə maliyyə yükündən nəinki qurtarar, həmçinin vergi daxil olmalarına müsbət təsir edər. O cümlədən, yollarda postların qurulması, uzun tıxacların yaranmasına kimi gərginlik yaradan tədbirlərdən çəkinməliyik. Bundan başqa sms icazənin tətbiqində də yanaşmanı dəyişməliyik. Şəhərlərdə, yaxud rayon mərkəzlərində demirəm, amma kənd yerlərində indiki əkin çağlarında SMS icazə tətbiqi məsələsində ağlabatan bir yol tapılmalıdır”.
 

Deputat deyib ki, dövlət öz üzərinə düşən bütün tədbirləri görüb:

"Fürsətdən istifadə edib bir məqama da xüsusi toxunmaq istəyirəm. Nəzərə alsaq ki, Azərbaycan dünyada vaksinasiya prosesinə ilk başlayan dövlətlərdəndir. Bu istiqamətdə MDB məkanında liderik, yəni dövlət üzərinə düşəni edir və edəcək də. Karantin bütün subyektlərdən daha çox dövlət üçün əlavə problem deməkdir. Bu mənada məhdudiyyət tədbirlərini siyasiləşdirilməsinə yaxud proseslə bağlı digər əlaqəli məsələlər ətrafında manipulyasiyalar edilməməsinə yol verməməliyik. Belə bir vəziyyəti siyasi fürsətə çevirmək cəhdi dövlətə xəyanətdir”.

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
21:37 23.08.2026
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
21:25 23.08.2026
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir