Ramazan ayında plajda Dəniz Uyan ilə görüntüləri yayımlanan Türkiyə millət vəkili Bengi Yıldız 1 illik cəzası bitdikdən sonra ilk dəfə seçim ərazisi Batmana gedib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, BDP partiyasından olan Yıldız öz ərazisində böyük etirazla qarşılaşıb.
Şəhərin müxtəlif yerlərində Bengi Yıldızın Deniz Uyan ilə plaj fotolarının yer aldığı plakatlar asılıb.
Qeyd edək ki, sözügedən hadisə baş verdikdə, Bengi Yıldız birlikdə olduğu qadının sadəcə ailə dostu olduğunu bildirmiş, xanımı isə həmin qadını tanımadığını açıqlamış və ərindən boşanmışdı.
Ceyhun