Deputatlar niyə Ramiz Mehdiyev haqda danışmır? - Onlar düşünür ki... - Partiya sədri ilə müsahibə

Deputatlar niyə Ramiz Mehdiyev haqda danışmır? - Onlar düşünür ki... - Partiya sədri ilə müsahibə
SİYASƏT
16:52 21.10.2025
562
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevə cinayət işi açılıb.
 
Hadisə ilə bağlı mediada müxtəlif fikirlər səsləndirilir: bəzi şəxslər onu sərt tənqid edir, digərləri isə ümumiyyətlə mövzu barədə danışmaqdan çəkinir. Maraqlıdır ki, bu mövzuda ən çox susqunluq göstərənlər isə hər zaman mediaya açıq olan bəzi deputatlardır. Onlar mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan qaçırlar. 

Mövzu ilə bağlı AZXEBER.COM Ağ Partiya sədri Tural Abbaslıdan müsahibə alıb. 

Müsahibəni təqdim edirik:

- Tural bəy, sizcə bəzi deputatlar Ramiz Mehdiyev haqda açıqlama verməkdən çəkinirlər?

- Bəzi insanlar açıqlama vermək istəmir, çünki onlar hələ də dövlətin rəsmi mövqeyini bilmirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin Mehdiyevin həbsi barədə rəsmi açıqlaması yoxdur. Eyni zamanda Səbail Rayon Məhkəməsinin də rəsmi bəyanatı heç yerdə əks olunmayıb. Həmçinin Təhlükəsizlik Şurasından çıxarılıb-çıxarılmaması ilə bağlı da dəqiq məlumat yoxdur. Bunların hamısı mediada yayılan məlumatlardır. Amma mövzu inkar da olunmur. Ona görə də bəzi insanlar öz taleləri üçün qorxurlar və düşünürlər ki, Mehdiyevin iqtidarda təsir imkanları hələ də var. Onlar elə hesab edirlər ki, sabah onun həbsi təkzib oluna bilər. Mehdiyevin özü və kürəkəni də danışıb, amma onlar da məsələni nə təkzib, nə də təsdiq ediblər.

- Vaxtilə Ramiz Mehdiyevə yaxın olan bağlı bəzi şəxslər isə onu sərt tənqid edirlər. Bəziləri isə Mehdiyevin onların vaxtilə qarşısını kəsdiyini deyirlər. Buna münasibətiniz necədir?

- Kiməsə qarşı vaxtilə pislik edib. İndi onlar düşünürlər ki, Ramiz Mehdiyevin zəif vaxtıdır. Özlərini qarşı haqsız və ədalətsiz hesab etdikləri məsələləri işıqlandırırlar. Bu, hər zaman belə olub. Yəni vəzifədə olan şəxs haqqında danışmaqdan çəkinən insanlar, o, vəzifədən kənarlaşandan sonra onu qaralamağa başlayırlar. Bu təbii haldır. "Tərtər işi” zamanı və 2005-ci ildə Əli İnsanov həbs olunanda da bunun şahidi olduq. Biz, müxalifətdə olan insanlar, belə mövzuları illərdir danışırıq. Sabah açıqlansa ki, Ramiz Mehdiyev haqqında cinayət işi yoxdur, yenə də danışacağıq.

- Bəs mətbuatda yayılan iddialar haqqında nə düşünürsünüz?

- Ona qarşı irəli sürülən ittihamlar çox ağırdır. Amma ola bilsin, rəsmi açıqlama yayılsın ki, Ramiz Mehdiyev haqqında cinayət işi var, lakin bu, AMEA-da olan yeyintilərlə bağlıdır. Amma bu qədər qeyri-müəyyənliyin olmasını istəməzdim. 

- Sizcə, parlamentdə onun komandasından kimsə varmı?

- Düşünürəm ki, bu ehtimal doğrudur. Çünki o, 24 il Prezident Administrasiyasının rəhbəri olub. Bəzi şəxsləri nazirlər kollektivinə o təqdim edib. Bəzi icra başçıları ona hesabat verib. 24 il ərzində təbii ki, müxtəlif dövlət strukturlarına adamlar gətirib. Amma məsələ ondan ibarətdir ki, həmin kadrlar dövlətə, yoxsa Ramiz Mehdiyevə sadiqdir? Əgər dövlətə sadiqdirsə, onu vəzifəyə kimin gətirməsi vacib deyil. Amma Ramiz Mehdiyevə sadiqdirlərsə, burada məsələ dəyişir. Mehdiyevin istefaya göndərildiyi vaxtdan tutduğu mövqe düşmənçilik xarakteri daşıyır. Onun həbsinə kifayət qədər əsas var.

- Mediada yayılan xəbərlərə görə Milli Məclisdə Mehdiyevə yaxın kifayət qədər deputat var. Bəs sizcə, növbədənkənar deputat seçkiləri ola bilərmi?

- Düşünmürəm ki, parlament üzvləri özləri özünü buraxsın. Heç kəs aşına su qatmaz. Oturublar orada, niyə buraxsınlar ki, özlərini? Amma siyasi iradə olsa, məsələ fərqlidir. Məsələn, məlum olsa ki, Mehdiyevə sadiq şəxslər parlamentdə var, onda dövlət parlamenti buraxa bilər. Ramiz Mehdiyevin "5-ci kolon”u bütün dövlət strukturlarından təmizlənməlidir.

- Prosesin sonunu necə görürsünüz?

- İqtidar necə qərar verəcəksə, elə də olacaq. Dəqiq bir şey demək mümkün deyil. Bəlkə ittihamlar yüngülləşəcək? Sabah gündəm tamamilə dəyişə bilər.

- Ramiz Mehdiyev işi Türkiyədəki FETÖ əməliyyatına bənzəyə bilərmi?
 
- Ola bilər ki, proses FETÖ əməliyyatı kimi dərinləşsin, yaxud tamamilə gündəmdən çıxsın. Ramiz Mehdiyev açıqlama verə bilər ki, onun haqqında olan bütün ittihamlar şaiədir. Hazırda rəsmi istinad ediləcək heç bir mənbəmiz yoxdur.

- Deputatlar da buna görə susur?

- İqtidar nümayəndələri öz manevr imkanlarını əllərində saxlamaq üçün belə davranırlar. Onlar sabah deyə bilərlər ki, cinayət işi var, yaxud da elə bir şey yoxdur.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR