Deputatlar tələbələri mükafatlandıracaq

GƏNCLİK
20:55 05.10.2011
1688
Modern.az saytı yeni layihəyə star verir. AZXEBER.COM-un məlumatına görə, layihə Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.Bu layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənəcək. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda yazı yazan tələbələrin yazıları Modern.az saytında yerləşdiriləcək.Sonra Modern.az saytı ən yaxşı 10 yazını deputata təqdim edəcək. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı birini seçəcək.Nəticədə həmin tələbənin təhsil aldığı universitetdə deputatla tələbələrin görüşü keçiriləcək.Görüşdə həm deputat, həm də Modern.az portalı qalib tələbəyə mükafat verəcək. Eyni zamanda görüşdə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şərait yaradılacaq. Modern.az layihəyə 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədovla start verir.Vahid Əhmədov Modern.az portalına bildirib ki, o, tələbələrin təhsil prosesində hansı çətinliklərlə üzləşdiklərini, bu məsələlərin aradan qaldırılmasında nəyi çıxış yolu kimi gördüklərini bilmək istəyir. Deputata bu məsələlərlə bağlı tələbələrin fikirlərini bilmək maraqlıdır. Hər bir mövzuyla bağlı 10 gün vaxt verilir. Mövzu elan olunduqdan sonra 10 gün müddətində tələbələr yazılarını [email protected]/* */ elektron poçtuna, 4908847 faks nömrəsinə, yaxud poçt vasitəsilə Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121 ünvana göndərməlidirlər. 10 gündən sonra göndərilən yazılar qəbul olunmayacaq.

OXŞAR XƏBƏRLƏR