“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi

“Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi
SOSİAL
21:12 11.08.2026
210
İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan "Dərnəgül” elektrik deposu tarixində ilk qatarı qəbul edərək vacib mərhələni geridə qoyub.

Bu barədə AZXEBER.COM-a "Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi çərçivəsində sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün zəruri texniki parametrlər üzrə tam yoxlanılıb.

Yeni depoda Bakı metropoliteninin Yaşıl xəttində hərəkət edən qatarların təmir-baxışı, texniki qulluğu, gecələməsi və digər profilaktik tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, "Dərnəgül” deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsidir. Layihə metropolitendə xidmət keyfiyyətinin yüksəldilməsinə, sərnişin sıxlığının və qatarlararası intervalların minimuma endirilməsinə xüsusi töhfə verəcək.
OXŞAR XƏBƏRLƏR