“Dəstək olaq” 1 yaşını valideyn himayəsindən məhrum olmuş uşaqlarla birlikdə qeyd etdi - FOTOLAR

“Dəstək olaq” 1 yaşını valideyn himayəsindən məhrum olmuş uşaqlarla birlikdə qeyd etdi - FOTOLAR
SOSİAL
12:40 26.12.2018
2685
"Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatı qurumun 1 yaşını özünəməxsus şəkildə valideyn himayəsindən məhrum uşaqlarla birlikdə keçirib.

AZXEBER.COM  xəbər verir ki, Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evində baş tutan xeyriyyə tədbirində "Dəstək olaq”ın təmsilçiləri uşaqları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik ediblər. Tədbirdə sənətçilər- Şəbnəm Qəhrəmanova, Nicat Cəfərzadə, Rəsul Əfəndiyev konsert proqramı ilə çıxış edib, uşaq evinin körpə sakinləri isə bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Sonra Yeni ilin əsas simvolu olan Şaxta baba, Qar qız və digər personajlar uşaqların sevincinə şərik olublar.

Xeyriyyə tədbirində çıxış edən "Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatının sədri Aşura Hüseynova bildirib ki, rəhbərlik etdiyi qurum fəaliyyətdə olduğu 1 il müddətində uşaq və gənclər üçün bir sıra mədəni tədbirlər, xeyriyyə aksiyaları keçirib. O qeyd edib ki, "Dəstək olaq” eyni zamanda bir sıra istedadlı gənclərin ideyalarının gerçəkləşməsinə dəstək verib: "Belə qərara gəldik ki, "Dəstək olaq”ın 1 yaşını da elə təşkilatımızın məqsədinə uyğun bir şəkildə, yəni bizim mənəvi dəstəyimizə ehtiyacı olan uşaqların əhatəsində keçirək”

Aşura Hüseynova qeyd edib ki, bugün uşaqlar, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub: "Dövlətimiz uşaqların sosial-hüquqi müdafiəsinin daha gücləndirilməsi üçün mühüm layihələr həyata keçirir. Gənclər olaraq, bizlər də çalışırıq ki, hər zaman bu gözəl uşaqları sevindirək, onların simasında təbəssüm yaradaq. Düşünürəm ki, bu hamımızın insanlıq və vətəndaşlıq borcudur. Bizlər uşaqları yalnız bayramlarda deyil, hər zaman diqqət mərkəzində saxlamalıyıq”.

Digər qonaqlar da uşaqları bayramlar münasibəti ilə təbrik edərək, ötən bir il ərzində "Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə Təşkilatının bir illik fəaliyyətini müsbət qiymətləndiriblər.

Sonda isə valideyn himayəsindən məhrum uşaqlara Şaxta Baba və Qar Qızın təqdimatında hədiyyələr təqdim olunub.

Qeyd edək ki, xeyriyyə tədbirinə Xətai rayon İcra Hakimiyyəti və "BüyükFırat” Restoranlar şəbəkəsi də dəstək verib.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
15:29 10.07.2026
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”